DÜNYA

Böyük Britaniya Mərkəzi Bankı faizi endirdi
04 AVQUST
218

Böyük Britaniya Mərkəzi Bankı faizi endirdi

2016-08-04 15:25:00

Böyük Britaniya Mərkəzi Bankı 7 ildən bəri ilk dəfə pul siyasəti faizini endirdi.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, Bank, bugünkü qərarla 0.50%-də saxladığı faiz nisbətini 0.25% -ə saldı. Bank, aktiv alışı proqramını da 375 milyard funt-sterlinqdən 435 milyard funt-sterlinqə qaldırdı. Faiz qərarı yekdilliklə qəbul olundu.

İqtisadçılar da faizlərin 25 faiz bəndi aşağı salınacağını gözləyirdi.

Bank ölkənin Avropa Birliyindən çıxmaq qərarının ardından (Brexit) keçirdiyi ilk iclasda faizləri aşağı salmayaraq investorları təəccübləndirmişdi. Bank, Pul Siyasəti Kabinetinin aktlarında ehtimal olunan faiz endirimi üçün avqust ayına işarə etmişdi.

Qərarın açıqlanmasından sonra funt-sterlinq/dollar (GBP/USD) məzənəsi 1,2% geriləyərək 1,3169 dollara düşüb (Funt ucuzlaşıb). 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272