DÜNYA

"Türkiye Petrolleri" satışa çıxarıldı
01 AVQUST
230

"Türkiye Petrolleri" satışa çıxarıldı

2016-08-01 14:21:00

Türkiye Petrolleri (TP) Petrol Dağıtım AŞ-nin blok satış üsulu ilə özəlləşdirilməsində son təkliflər 30 Sentyabr 2016-cı il tarixindək qəbul olunacaq.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, Özəlləşdirmə İdarəsinin  məsələ ilə bağlı elanı, Rəsmi Qəzetin bugünkü sayında dərc olunub.

Elana görə, şirkət 100 faiz özəlləşdiriləcək.

Özəlləşdirməyə yalnız hüquqi şəxslər və birgə təşəbbüs qrupları qatıla bilər.

TP Dağıtım AŞ tenderinə qatılmaq üçün 10 milyon lirə müvəqqəti təminat məbləği tələb olunur. Son təklif vermə tarixi isə 30 Sentyabr 2016-cı il, Cümə günü, saat 17.00 olaraq müəyyənləşdirilib.

300-DƏN ÇOX STANSİYASI VAR

Türkiye Petrolleri markası ilə qurulan yanacaqdoldurma stansiyaları, 1963-ci ildə TPAO tərəfindən yaradılıb. Fəaliyyət şəbəkəsini son illərdə getdikcə artan TP, 2012-ci ilin ilk altı ayında 160, 2013-cü ilin Aprel  ayında 195, 2014-ci ildə 250 və 2015-ci ildə 300-dən çox stansiya sayına çatıb.

Şirkətin saytında yer alan məlumata görə, Türkiyədə hələ də fəaliyyətdəki tək dövlət maye yanacaq paylama şirkəti olan TP Petrol Dağıtım AŞ, maye yanacaq paylama sektorunda ən böyük ilk 6 şirkət arasında yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271