DÜNYA

19 ölkənin ən varlı adamları - SİYAHI
19 İYUL
427

19 ölkənin ən varlı adamları - SİYAHI

2016-07-19 14:52:00

Dünya iqtisadiyyatının qloballaşması ilə çox varlı insanların sayı da artır. Bir qayda olaraq “Forbes” jurnalının dünyanın ən varlı 50 insan siyahısına ABŞ vətəndaşları liderlik edirlər. Ancaq indi İspaniya, Meksika, Fransa və digər ölkələrdən olan milyarderlər heç də ABŞ-dakılardan geri qalmırlar. Beləliklə öz ölkələrinin ən varlı adamı olan 19 nəfəri diqqətinizə çatdırırıq.  

19. Danimarka – Keld Kirk Kristiansen. Sərvəti 13.1 milyard dollardır. Reytinqimizin ilk nümayəndəsi uşaqların ən sevimli oyuncaqlarından biri olan “Lego” şirkətinin keçmiş prezident və icraçı direktorudur. Uşaq olarkən Kristiansen babası Ole Kirk Kristiansenə kiçik oyuncaq kərpicləri test etməkdə kömək edirdi. Bunun nə ilə nəticələndiyini artıq bilirsiniz...:)

 

18. Avstriya – Ditrix Mateşits. Sərvəti 13.2 milyard dollardır. “Red Bull” enerji içkisinin yaradıcılarından biri. Özünün sərvəti ilə Mateşits şəxsi “Formula 1” komandasını təsis edib. Bundan əlavə onun şəxsi təyyarələr kolleksiyası da var.

17. Rusiya – Leonid Mixelson. Sərvəti 14.4 milyard dollar. Mixelson “Novatek” təbii qaz şirkətinin baş direktoru və idarə heyətinin sədridir. Onun Rusiyanın ən varlı insanı olmaq üçün keçdiyi yol tikinti şirkətində ustalıqdan başlayıb.

 

16. Böyük Britaniya – Hinduyya ailəsi. Sərvətləri 14.5 milyard dollar. Böyük Britaniyanın ən varlı insanları bir ailənin üzvləridir. Ailə mənzil-qərargahı Londonda olan “Hinduja Group” beynəlxalq şirkətin həmsahibləridir. Bu şirkətin illik gəliri 20 milyard dollardır. 

15.Yaponiya – Tadasi Yanai. Sərvəti 14.6 milyard dollar. Yanai “Fast Retailing” şirkətinin sahibidir. Öz növbəsində şirkət “Uniqlo” geyim brendinin sahibidir. Bu yaxınlarda o deyib: “Elə görünə bilər ki, mən çox uğurlu adamam, ancaq keçmişdə mənim bir çox səhvlərim olub. İnsanlar öz səhvləri və uğursuzluqlarına çox ciddiyə alırlar”.

 

14. Nigeriya – Aliko Danqote. Sərvəti 15.4 milyard dollar. Afrikanın ən varlı insanının əsas biznesi xammal ticarətindən ibarətdir. Eyni zamanda “Dangote” qrupunun kommersiya maraqları bütün Afrika qitəsini əhatə edir. Varlı olmaq bu insanın qanındadır. Aliko Danqotenin valideyinləri də çox varlı olublar.

13. Səudiyyə Ərəbistanı – şahzadə Əl-Valid ibn Talal Əl Səud. Sərvəti 17.3 milyard dollar. Şahzadə “Kingdom Holding Company” şirkətinin təsisçisi, baş direktorudur. Bundan əlavə o, “Citigroup” və “20st Century Fox” şirkətlərinin də həmsahiblərindən biridir.

12. Hindistan – Mukeş Ambani. Sərvəti 19.3 milyard dollar. Neft və təbii qaz onun ixtisaslaşdığı sahədir. Ambani qiymətinə görə Hindistanda ikinci şirkətin “Reliance Industries” 48% səhimlərinin sahibidir. O, Mumbay xarabalıqları üzərindən ucaldılmış, fərqli dizaynlı 27 mərtəbəli şəxsi binasında yaşayır. 

11. İsveç – Stefan Persson. Sərvəti 20.8 miyard dollar. 1982-ci ildə Persson (şəkildə solda) “H&M” geyim brendinin idarə heyətinin sədri vəzifəsində atasını əvəz edib. O ildən şirkətin uğurları davamlı şəkildə artmaqdadır.

 

10. İtaliya – Mariya Franka Fissolo. Sərvəti 22.1 milyard dollar. İnanmaq çətindir ki, adi şokolad pastası bu qədər gəlir gətirə bilər, ancaq məhz “Nutella” şokolad pastası Mariya Franka Fissolonu (pastanın yardıcısı Mikele Ferreronun dul qadını) İtaliyanın ən varlı insanı etdi.

9. Kanada – Devid Tomson. Sərvəti 23.08 milyard dollar. 2006-cı ildə atasının ölümündən sonra Tomson “Thomson Corporation” şirkətinin idarə heyətinin sədri vəzifəsinə keçdi və “Reuters” ilə birləşmədən sonra o, dünyanın ən böyük KİV-lərindən birinə rəhbərlik edir.

 

8. Almaniya – Beate Heyster və Balaca Karl Albrext. Sərvəti 25.9 milyard dollar. İlk baxışdan görünə bilər ki, “Aldi” supermarketlər şəbəkəsi əzəldən bəri mövcuddur, lakin əslində bu şəbəkə 1946-cı ildə Karl və Teo Albrextlər tərəfindən təsis olunub. Ölümlərindən sonra onlar bizneslərini öz övladlarına ötürdülər və indi onlar bu böyük şəbəkəyə rəhbərlik edirlər.

 

7. Honkonq – Li Kaşin. Sərvəti 27.1 milyard dollar. Kaşin Asiyanın 2-ci ən varlı insanıdır. O, dəniz yük daşımaları, tikinti, üz və bədənə qulluq mallarının pərakəndə satışı üzrə ixtisaslaşmış “CK Hutchison Holdings” şirkətinin sahibidir. Böyük sərvətinə baxmayaraq, Kaşin sadə həyat tərzi ilə məhşurdur. O, xeyriyyəçilik məqsədlərinə çoxlu pul xərcləyir.

 

6. Braziliya / İsveçrə - Xorxe Paulo Lemann. Sərvəti 27.8 milyard dollar. Leman Rio-de-Janeyroda doğulub, lakin uzun müddət İsveçrədə yaşayıb. O, eyni zamanda həm Braziliyanın, həm də İsveçrənin ən varlı adamıdır. O, peşəkar investor və “Banco Garantia” şirkətinin yaradıcısıdır.  Yerigəlmişkən “Forbes” bu şirkəti Braziliyanın “Goldman Sachs”-ı adlandırıb.

 

5. Çin – Van Tsizyanlin 28.7 milyard dollar. Tsizyanlin Çinin nə böyük tikinti şirkəti “Dalian Wanda Group”-un idarə heyətinin sədridir. Bundan əlavə o iri kinoteatr operatorlarından olan “AMC” şirkətini və “AC Milan” İtalyan futbol komandasının səhimlər paketinin böyük hissəsini alıb.

 

4. Fransa – Lilian Bentankur. Sərvəti 36.1 milyard dollar. Betankur 1957-ci ildə “L'Oreal” imperiyasının varisi oldu və bunula da dünyanın ən varlı qadını oldu. Keçmişdə o, dəbdəbəli həyat tərzi sürüb, lakin indi geniş cəmiyyət və mətbuat diqqətində olmaqdan qaçır. Bu gün xanım Bitankur xeyriyyəçilik işlərinə diqqət ayırır və “Bettencourt Schueller Foundation” ailə fondunun işləri ilə məşğul olur. 

3. Meksika – Karlos Slim. Sərvəti 60.8 milyard dollar.  2010-2013-cü illərdə Slim dünyanın ən varlı adamı idi. Lakin indi o, ancaq Meksika hüdudları çərçivəsində ən varlı adam adını daşıya bilər. Slim ölkənin ən böyük mobil operatoru olan “Telmex” şirkətinin idarə heyətinin sədridir. Bundan əlavə o, Meksika fond birjasında olan böyük şirkətlərin 40% səhimlərinin sahibidir.

 

2. İspaniya – Amansio Orteqa. Sərvəti 67 milyard dollar. Modaindustriyası və paltarların pərakəndə satışı böyük biznesdir. Ələxsus da söhbət “Zara” şirkətindən gedirsə. Orteqa çox qapalı həyat tərzi keçirir. Dünya üzrə onun cəmi bir neçə şəkli var. 2001-ci ildə onun şirkəti birjaya çıxanda o qısa bir müddət mətbuat üçün əl çatan oldu, lakin indi ondan müsahibə almaq qeyri-mümkündür.

1. ABŞ – Bill Geyts. Sərvəti 75 milyard dollar. ABŞ və dünyanın ən varlı insanı. 2000-ci ildə “Microsoft” şirkətinin həmtəsisçilərindən biri olan Geyts şirkətin baş direktoru vəzifəsindən uzaqlaşır, amma şirkətin idarə heyətinə rəhbərlik hələ də onun əlindədir. 2006-ci ildə o, bu vəzifədə də yarım ştat işə keçib. Geyts əksər vaxtını “Bill & Melinda Gates Foundation” xeyriyyə fondunun işlərinə sərf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275