DÜNYA

Britaniyanın Baş naziri təsdiqləndi
14 İYUL
287

Britaniyanın Baş naziri təsdiqləndi

2016-07-14 01:52:00

Mühafizəkarlar partiyasının lideri Tereza Mey rəsmi olaraq Böyük Britaniyanın Baş naziri təyin edilib. Tereza Meyin bu vəzifəyə təyinatı Bukinqam sarayında Kraliça II Elizabet tərəfindən qəbul edildikdən sonra onun sərəncamı ilə rəsmiləşib. Tereza Mey hazırkı Kraliçanın hakimiyyətdə olduğu dövrdə artıq Britaniyanın 13-cü baş naziridir.

Xatırladaq ki, yeni Baş nazirin sələfi Devid Kemeron iyunun 23-də Britaniyada keçirilmiş referendumun nəticələrinə görə istefa verib. Referendumun nəticələrinə əsasən britaniyalıların əksəriyyəti Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının lehinə səs verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272