DÜNYA

İstanbul hava limanında terror-ÖLƏNLƏRİN SAYI ARTIR
29 İYUN
411

İstanbul hava limanında terror-ÖLƏNLƏRİN SAYI ARTIR

2016-06-29 09:06:00

İstanbul Atatürk hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

Fins.az-ın APA-ya istinadən xəbərinə görə, bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.  

Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdaq bildirib ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu  işə salaraq partladıb.  

NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər.  

Bundan başqa, aeroportun dayanacağında da atışmanın baş verdiyi bildirilir. Lakin bu xəbərə hələlik rəsmi təsdiq verilməyib. 

“Assoşieyted Press” isə bir qədər əvvəl 50 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirmişdi.  

Yaralılar patlayışdan sonra əraziyə cəlb edilmiş 49 təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275