DÜNYA

Banklar Facebook-a keçirlər – YENİ XİDMƏTLƏR
23 MAY
357

Banklar Facebook-a keçirlər – YENİ XİDMƏTLƏR

2016-05-23 11:54:00

Dünya bankları müştərilərinə Facebook üzərindən xidmətə keçirlər. Son illər yeni texnologiyaların sürətli inkişafı yeni bank məhsullarının da yaranmasına imkan verib.

Hələ iki il əvvəl ABŞ-da bank müştərilərinin innovativ ideyalar, onlayn və internet bankinq xidmətlərinə münasibəti barədə sorğu keçirilib. Amma sorğu nəticəsində məlum olub ki, müştərilər tamamilə yeni xidmət arzusundadırlar. Onlar bank hesablarını facebook profilləri vasitəsilə idarə etmək istədiklərini deyiblər.

Sorğunun nəticələrini nəzərə aan banklar ötən müddət ərzində bu sahədə yeniliklərə başlayıblar. Artıq maliyyə qurumları sosial sosial şəbəkələr üzərindən də xidmət göstərirlər.

1. Türkiyədə «Deniz bank» ilk dəfə olaraq öz Facebook səhifəsi üçün mobil applikasiya hazırlayıb ki, müştərilər buradan 24/7  öz hesablarına nəzarət edə və pul köçürməsi edə bilərlər.

2. Həmçinin Türkiyə İş Bankasının iPad app-ı müştərilərə geniş həcmdə bank əməliyyatlarını aparmağa imkan verir: bura təbirə biletlər almaq və s. daxildir. 

3. Avstraliya Birlik Bankı (The Commonwealth Bank of Australia) Facebook səhifəsi üçün Kaching applikasiyasını təkmilləşdirib. Belə ki, bu Android tətbiq vasitəsilə istifadəçilər, ödəniş edə, öz hesabları haqqında informasiya əldə edə və pul köçürə biləcəklər. 

4. Hindistanın ICICI Bankı öz müştərilərinə fərqli facebook tətbiqi təklif edir. Belə ki, müştərilər bu yolla öz dostlarının əvəzinə ödəniş edə və qrup xərclərini izləyə bilərlər. 

5. Dubay Kommersiya Bankı, Afrika və Orta Şərq regionunda ilk dəfə öz Facebook applikasiyasını yaratdı. Buna bəzən bankın sosial mediya filialı da deyirlər. Müştərilər sosial filial vasitəsilə öz facebook hesablarından istifadə edərək tranzaksiyalar və ödəmələri  həyata keçirirlər. 

6. Türk Ekonomi Bankası hazırda unikal bir məhsul üzərində işləyir. Belə ki, bank müştərilərə görüntünü ekranda verən və toxunuşla idarə olunan debit kartlar təklif etmək niyyətindədir. Müştəriər belə düymələr vasitəsilə parolu karta daxil edəcək və hesabları barədə informasiya əldə edəbiləcəklər. 

Bütün bunlar gələcəkdə bank filiallarının sayını xeyli azaldacaq, amma filiallar tamamilə aradan çıxmayacaq.  Üstəlik, ABŞ-da 100-dən çox bank arasında keçirilən sorğu göstərib ki, bankların çoxu yaxın gələcəkdə bu istiqamətdə xidmət təklif etmək niyyətidə deyillər. 

Bankların bu sahəyə maraq göstərməməsinin əsas səbəbi, böyük texnoloji vəsait cəlbidir. Çünki, bu sahəni təkmilləşdirmək üçün, banklar, kütləvi  analitik proqram paketləri, əlavə işçi qüvvəsi cəlb etməli, mütəşəkkil sistem yaratmalıdırlar. Amma təcrübə göstərir ki, xidmətləri rahat və əlçatan olan banklar daha böyük müştəri şəbəkəsi əldə edə bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270