DÜNYA

"Airbus A320" təyyarəsi Aralıq dənizinə düşüb – RƏSMİ MƏLUMAT
19 MAY
406

"Airbus A320" təyyarəsi Aralıq dənizinə düşüb – RƏSMİ MƏLUMAT

2016-05-19 11:45:00

Parisdən Misir paytaxtı Qahirəyə uçan "Airbus A320-232" təyyarəsi Aralıq dənizinə düşüb. Fins.az xəbər verir ki, bunu Misir Mülki Aviasiya Administrasiyası açıqlayıb. İnformasiyaya əsasən, Misirin "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin taleyindən xəbər yoxdur.

Elecə də bax: Misirə uçan təyyarə radarlardan itdi

Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.

Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Parisdən Qahirəyə uçuş (reys MS804) həyəta keçirən zaman radarlardan itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272