DÜNYA

Türkiyə limonuna da qadağa qoyuldu
12 MAY
432

Türkiyə limonuna da qadağa qoyuldu

2016-05-12 15:12:00

Rusiyanın Kənd Təsərrüfatı Mallarına dövlət nəzarəti xidməti (Rosselxoznadzor) gələn həftədən etibarən Türkiyədən qabaq, limon və qreypfrutun idxalını dayandırmağı planlaşdırır. Fins.az xəbər verir ki, bunu qurumun rəhbəri Sergey Dankvert bildirib.

Onun sözlərinə görə, müvafiq qərarın qəbuluna fitosanitar qaydaların sistematik pozulması olub. 

S. Dankvert bildirib ki, Türkiyədən gətirilən məhsullarda fitosanitar qaydaların pozulması hallarına çoxdan rast gəlinir. Bununla yanaşı, o, qurumun qərarında hər hansı siyasi motivin olmadığını diqqətə çatdırıb. 

“Rosselxoznadzor” mayın 16-dan etibarən Türkiyədən Rusiyaya kahı idxalına müvəqqəti məhdudiyyət tətbiq ediləcəyini bəyan edib. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270