DÜNYA

Rusiyada pulsuz torpaq paylanacaq
03 MAY
303

Rusiyada pulsuz torpaq paylanacaq

2016-05-03 10:45:00

Rusiya prezidenti Vladimir Putin ölkənin Uzaq Şərq regionunda pulsuz torpaq paylanılmasına dair qanunu imzalayıb. Fins.az xəbər verir ki, “Uzaq Şərq hektarı” barədə sənədə əsasən, hər bir Rusiya vətəndaşı Uzaq Şərqdə 5 illik müddətə pulsuz istifadə etmək üçün 1 hektar torpaq sahəsi əldə edə biləcək. Daha sonra bu torpağı icarəyə götürmək və yaxud onu şəxsi mülkiyyətə keçirmək mümkün olacaq.

Ruslara torpaq dövlət və ya bələdiyyə mülkiyyətindən veriləcək. Torpağı icarəyə götürənlər və yaxud alanlar onu istifadə etmədikdə əmlak müsadirə ediləcək.

Eyni zamanda, qanuna görə, əcnəbilər - vətəndaşlığı olmayan şəxslərə, eləcə də nizamnamə kapitalında xarici şirkətlərin payı olan hüquqi şəxslərə həmin torpaqları ala və yaxud icarəyə götürə bilməyəcəklər.

“Pulsuz hektar”ları Yakutiya, Kamçatka, Primorsk, Xabarovsk diyarlarında, Amur, Maqadan, Saxalin vilayətlərində, Yəhudi muxtar vilayətində, həmçinin Çukotkada almaq olar. Xatırladaq ki, bu ideyanı ötən ilin yanvarında prezidentlə görüşündə onun Uzaq Şərq dairəsindəki elçisi Yuriy Trutnev irəli sürüb. Onun sözlərinə görə, hazırda Uzaq Şərqdə 614 milyon hektar istifadəsiz ərazi var.

Vladimir Putin bu ideyanı müsbət qiymətləndirib və onun Rusiya tarixində artıq həyata keçirildiyini qeyd edib. Noyabrda hökümət rusiyalılara Uzaq Şərqdə pulsuz torpaq ərazilərinin verilməsinə imkan verən qanun layihəsini dəstəkləyib. Bundan sonra qanun layihəsi Dövlət Dumasına təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272