DÜNYA

Yaponiya hökuməti yenin bahalaşmasından narahatdır
02 MAY
287

Yaponiya hökuməti yenin bahalaşmasından narahatdır

2016-05-02 09:32:00

Yaponiyanın maliyyə naziri Taro Aso milli valyuta olan yenin ABŞ dollarına nisbətən məzənnəsinin artması ilə bağlı ciddi narahatlığını bildirlib. Fins.az xəbər verir ki, nazir valyuta mübadiləsi bazarında birtərəfli, spekulyativ xarakterli hərəkətlərə qarşı ehtiyatlı olmağa çağırıb.

Bu barədə T.Aso juranlistlərə Asiya İnkişaf Bankının Almaniyada keçiriləcək illik toplantısına yola düşərkən bildirlib. Nazir deyib ki, milli valyutanın dəyəri cəmi iki gün ərzində 5 yen qalxırsa, bu, belə hərəkətlərin birtərəfli spekulyativ xarakter daşıdığını tam əminliklə deməyə əsas verir.

Ötən həftənin cümə günü Nyu-Yorkda yenin ABŞ dollarına məzənnəsi 106 yen səviyyəsində qeydə alınıb ki, bu da son 18 ayın ən yüksək göstəricisidir. Baş verənlərin Yaponiya Bankının monetar yumşaldılma siyasətini davam etdirmək barədə aprelin 28-də qəbul etdiyi qərarala bağlı olduğu bildirilir.

T.Aso vurğulayıb ki, hökumət valyuta bazarında baş verənləri diqqətlə izləyir və lazım olacağı təqdirdə müvafiq qərarlar qəbul edəcək.

Mənbə: “AzərTAc”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275