DÜNYA

Moody's Qazaxıstanın reytinqini aşağı saldı
23 APREL
284

Moody's Qazaxıstanın reytinqini aşağı saldı

2016-04-23 22:32:00

Beynəlxalq kredit reytinqi agentliyi Moody's, Qazaxıstanın reytinqini "Baa2" de "Baa3" səviyyəsinə salıb, proqnozunu da "neqativ" müəyyənləşdirib.

Fins.az xəbər verir ki, Moody's-dan edilən yazılı açıqlamada, kredit reytinqinin endirmək qərarına əsas kimi, neftin qiymətinin aşağı düşməsinin Qazaxıstanın maliyyə və iqtisadi mənzərəsini pozduğuna işarə edilib.

Qazaxıstanın "mənfi" proqnozuna əsas olaraq, bank sektorunun ödəmə gücü üzərindəki təzyiqinin iqtisadi artıma mane olması və maliyyə riskləri yaratması göstərilib. Digər tərəfdən, Moody's, Rusiyanın kredit reytinqinin "Ba1" səviyyəsində, proqnozunu da "mənfi" olaraq qorunduğunu bildirib.

         Eləcə də bax: Moody's da Azərbaycanın reytinqini aşağı saldı

Açıqlamada, aşağı neft qiymətlərinə qarşı Rusiyanın təsirli makroiqtisadi siyasətinin iqtisadiyyatında müqavimət yaratdığı, maliyyə tədbirlərinin də 2016 ilə 2018-ci illər arasında yaranacaq büdcə kəsirlərini azaltmaqda rol oynayacağı qeyd edilib.

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274