DÜNYA

Bu ölkə əmanətlərdən vergi tutmağa başlayıb
11 APREL
405

Bu ölkə əmanətlərdən vergi tutmağa başlayıb

2016-04-11 18:07:00

Belarusda “Əmanətlər (depozitlər) haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, rubl və xarici valyuta əmanətlərinin bəzi növlərindən əldə olunan gəlirlərə 13 faiz həcmində gəlir vergisi tətbiq edilib.

Fins.az Vergilər.az saytına istinadla bildirir ki, 2016-cı il aprelin 1-dən bu norma hələlik bir ildən az müddətə olan rubl əmanətlərinə və iki ildən az müddətə olan valyuta əmanətlərinə şamil edilir.

Əgər əmanətlər “tələb olunanadək” məqsədli depozitlər üzrə qoyulmuş əmanətlərin faiz dərəcəsindən aşağı dərəcə altında yerləşdirilərsə, vergi ödəmək lazım gəlmir. Hazırda rubl depozitləri üzrə “tələb olunanadək” məqsədli əmanətlərin illik faiz dərəcəsi 0,5 faiz, xarici valyuta üzrə depozitləri üzrə isə illik 0,1 faizdir.

Bu qanun yeni bağlanmış və uzadılmış müqavilələrə şamil edilir.

Bundan başqa, Belarusda bank depozitlərinin iki yeni növü – qaytarılmayan (vəsaitlərin vaxtından əvvəl qaytarılmasını nəzərdə tutmayan) və qaytarılan (əmanətin vaxtından əvvəl qaytarılması imkanını nəzərdə tutan) tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274