BÜDCƏ

“Azərlotereya”nın nizamnamə kapitalı kəskin artırılır
03 SENTYABR
197

“Azərlotereya”nın nizamnamə kapitalı kəskin artırılır

2019-09-03 17:13:00

İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin nizamnamə kapitalı 10 dəfə artırılaraq 20 min manatdan 200 min manata çatdırılacaq.

Onun sözlərinə görə, kapital artımı şirkətin dövriyyədə olan 10 min səhminin nominal dəyərinin 2 manatdan 20 manata çatdırılması hesabına baş tutacaq. Bunun üçün əvvəlki illərin xalis mənfəətindən istifadə ediləcək.

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır