BÜDCƏ

Son 27 ildə ABŞ Azərbaycana 1.3 milyard dollar yardım edib
30 APREL
342

Son 27 ildə ABŞ Azərbaycana 1.3 milyard dollar yardım edib

2019-04-30 12:00:00

“1992-cü ildən indiyə qədər ABŞ Azərbaycana 1.3 milyard dollar yardım göstərib”.

Bunu ABŞ Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Christine Singh ABŞ Dövlət Departamenti, Azərbaycan hökuməti və BMT-nin təşkilatçılığı ilə “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində Bakıda keçirilən Beynəlxalq Miqrasiya Hüququna dair seminarda deyib.

Onun sözlərinə görə, bəzi miqrantlar iş tapmaq məqsədiylə başqa ölkələrə gedirlər: “Amma miqrantlar bununla da insan alverinin qurbanına çevrilə bilərlər. Bir məsələni də qeyd edim ki, Azərbaycan çox zaman bizim yardımımızdan bəhrələnib. Azərbaycan öz sərhədlərinin qorunmasını gücləndirməldiir. Bu, vacib məsələdir. Bu proseslər beynəlxalq miqrasiya siyasətinə uyğun şəkildə aparılmalıdır. Ədlliyyə sektorunda qanununun aliliyinə sadiq olmaq lazımdır. Ümid edirəm ki, bu qanunlara riayət etməklə Azərbaycanın biznes mühiti də təkmilləşdiriləcək”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262