BÜDCƏ

Milli Məclisin növbədənkənar iclasının gündəliyi DƏYİŞDİ
27 İYUN
345

Milli Məclisin növbədənkənar iclasının gündəliyi DƏYİŞDİ

2018-06-27 16:06:00

Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə dəyişiklik edilib.

Fins.az-ın məlumatına görə, iclasın gündəliyinə daha 4 məsələ əlavə edilib.

Bunlar, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə Hüquq Şurası haqqında” qanunlara dəyişikliklər və ““Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi – Dan Ulduzu – Aypara sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında”  Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə StatOil Azərbaycan Əşrəfi – Dan Ulduzu – Aypara və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbulu və təsdiq edilməsinə, həyata keçirilməsinə razılıq verilməsi barədə” qanun layihəsi, ““Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə StatOil Azərbaycan Qarabağ  və SOCAR Qarabağ LLSİ arasında risk xidmət sazişinin təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsidir.

Bununla da iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 35-dən 39-a qaldırılıb.

Parlamentin iyunun 29-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Polis haqqında” qanuna dəyişiklik; 

2. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi;

3. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik;

4. “İcra haqqında” qanuna dəyişiklik;

 5. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik; 

6. Vergi Məcəlləsinə  dəyişiklik;

7. İnzibati Prosessual dəyişiklik;

8. Cinayət Məcəlləsinə  dəyişiklik;

9. Mülki Məcəlləsinə  dəyişiklik;

10. İnzibati Xətalar Məcəlləsinə  dəyişiklik;

11.  “Məşğulluq haqqında”  qanun layihəsi üçüncü oxunuşda;

12. “Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi üçüncü oxunuşda;

13. “Azərbaycan respublikası Hesablama Palatası haqqında “ qanun layihəsi üçüncü oxunuşda; 

14. “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik;

15. “İcarə haqqında” qanuna dəyişiklik;

16. Cəzaların İcrası Məcəlləsinə  dəyişiklik;

17. “İcra məmurları haqqında” qanuna dəyişiklik; 

18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik; 

19. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;

20. “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;

21. “Feldyeger rabitəsi haqqında” qanuna dəyişiklik; 

22. “Yol hərəkəti haqqında” qanuna dəyişiklik;

23. ”Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar  bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi;

24. Miqrasiya Məcəlləsinə dəyişiklik;

25. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik; 

26. ”Azərbaycan Respublikası Hökuməti və Mərakeş  Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və  vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi;

27.  Vergi Məcəlləsinə dəyişiklik;

28. “Yol hərəkəti haqqında” qanuna dəyişiklik;

29. “İcra haqqında” qanuna dəyişiklik;

30. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik; 

31. Cinayət Prosessual Məcəlləsinə  dəyişiklik;

32. “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” qanun layihəsi;

33. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

34.  İnzibati Prosessual Məcəlləsinə  dəyişiklik;

35. “Notariat haqqında” qanuna dəyişiklik;

36. “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik;

37. “Məhkəmə hüquq şurası haqqında” qanuna dəyişiklik;

38.““Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi – Dan Ulduzu – Aypara sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında”  Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə StatOil Azərbaycan Əşrəfi – Dan Ulduzu – Aypara və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbulu və təsdiq edilməsinə, həyata keçirilməsinə razılıq verilməsi barədə” qanun layihəsi;

39.““Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə StatOil Azərbaycan Qarabağ  və SOCAR Qarabağ LLSİ arasında risk xidmət sazişinin təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi. 

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250