BÜDCƏ

Naxçıvana böyük məbləğdə pul ayrıldı
16 MAY
846

Naxçıvana böyük məbləğdə pul ayrıldı

2018-05-16 19:21:00

Bu gün Prezident imzaladığı 4 sərəncam ilə Naxçıvan üçün cəmi 55 milyon manat ayırıb.Azərbaycan Respublikasının Prezidenti İlhm Əliyev "Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Sərəncama əsasən, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə büdcədən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 30 milyon manat ayrılıb.

 Prezidentin digər bir sərəncamı ilə, Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

 Həmçinin, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

 Diər bir sərəncamla, “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə  2018-ci il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250