BÜDCƏ

“Azerspace-1” və “Azersky” peyklərindən əldə olunan gəlir açıqlandı
07 FEVRAL
351

“Azerspace-1” və “Azersky” peyklərindən əldə olunan gəlir açıqlandı

2018-02-07 17:33:00

“Azerspace-1” və “Azersky” peyklərindən əldə olunan gəlir açıqlanıb.

“Azərkosmos” ASC-dən verilən məlumata görə, “Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 mln. dollar məbləğində gəlir gətirib.

“Azersky” peykinin kommersiya istismarında olduğu dövr ərzində 19 mln. dollar məbləğində gəlir əldə edilib.

"Bu gün “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı var. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir. “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da Azərbaycanın suverenliyinin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. Belə ki, 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. İşğal olunmuş ərazilərdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcərvə Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib. Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da “Azersky” peykinin imkanları tətbiq edilib", - deyə məlumatda vurğulanıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276