BÜDCƏ

“Azərbaycan valyuta ehtiyatlarını artıracaq”-İLHAM ƏLİYEV
14 SENTYABR
384

“Azərbaycan valyuta ehtiyatlarını artıracaq”-İLHAM ƏLİYEV

2017-09-14 13:01:00

Azərbaycan iri enerji layihələri reallaşdıraraq valyuta ehtiyatlarını artıracaq. Fins.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib.

 “Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq”, - İ.Əliyev cümə axşamı AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində bildirib.

 "Onun sözlərinə görə, iri enerji layihələrinin reallaşdırılması (AÇG, Cənub QAz Dəhlizi) Azərbaycanın valyuta ehtiyatlarını artıracaq.

 Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın valyuta ehtiyatları 3,6 mlrd. dollar artaraq 41,2 mlrd. dollara qədər artıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293