BÜDCƏ

Bakıda benzin istehsalı 7% artıb, dizel istehsalı 17% azalıb
06 SENTYABR
251

Bakıda benzin istehsalı 7% artıb, dizel istehsalı 17% azalıb

2017-09-06 12:03:00

2017-ci ilin yanvar-iyul ayları ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 567,3 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, istehsalın ümumi dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 8,4% azalıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 7,2%, neft koksunun istehsalı 14,2%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 1,5%, neft bitumunun istehsalı 21,1%, sürtgü yağlarının istehsalı 3,8 dəfə artıb, dizel yanacağının istehsalı 16,8%, yanacaq mazutunun istehsalı 39,9%, ağ neftin istehsalı isə 8,2% azalıb.

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294