BÜDCƏ

"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilib
13 İYUN
1232

"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilib

2017-06-13 12:53:00

Milli Məclisin bu gün keçirilən iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi barədə  layihə müzakirə olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsinə dəyişikliklər barədə məlumat verib.

Onun sözlərinə görə, layihənin məqsədi gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bu izlərin tədqiqi və maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.

Layihəyə əsasən, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan gətirilməsi və ya çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Müzakirələrdən sonra qanuna təklif olunan dəyişiklik təsdiq olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285