BÜDCƏ

Ölkədən qanunsuz valyuta çıxarılmasının qarşısı alınıb – MƏBLƏĞ
16 DEKABR 2016
2472

Ölkədən qanunsuz valyuta çıxarılmasının qarşısı alınıb – MƏBLƏĞ

2016-12-16 11:07:00

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə DGK-dan bildirilib.

Məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan ölkə vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib. Lakin həmin şəxsin əl çantası və üst geyimi rentgen aparatından keçirilərkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. Təkrar yoxlama nəticəsində vətəndaşın çantasından və gödəkçəsinin cibindən 20 300 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256