BÜDCƏ

Azərbaycan iqtisadiyyatı 4% geriləyib
14 DEKABR 2016
726

Azərbaycan iqtisadiyyatı 4% geriləyib

2016-12-14 14:56:00

2016-cı ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.

Fins.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalması olmuşdur. Əlavə dəyərin 37,5 faizi sənayedə, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 17,6 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olmuşdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272