BÜDCƏ

Daha nələr bahalaşacaq?
30 NOYABR
1864

Daha nələr bahalaşacaq?

2016-11-30 09:35:00

İşığın və qazın qiymətinin artırılması ölkədə  bütün məhsul və xidmətləri bahalaşdıracaq. Ekspetlər bildirirlər ki, bahalaşma ərzaq məhsullarından tutmuş, xidmət sahələrinə, tikinti materiallarına kimi bütün sahələrdə hiss ediləcək. 

Ərzaq məhsullarında qiymət artımı - 3-10 %

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov fins.az-a bildirib ki, qarşıdakı 5 ay ərzində bütün ərzaq məhsulları 3-10% arasında bahalaşacaq. Əsas qiymət artımı süd, konserv məhsullarında, istixanalarda yetişdirilən tərəvəzlərdə olacaq. Süd və konserv məhsulları 3-5 %, parnikdə yetişdirilən tərəvəzlər 8-10 %-ə kimi bahalaşacaq. Quş əti və digər ət məhsulları 4-5 %, un məmulatları çörək isə 5% bahalaşacaq. E.Hüseynov bildirib ki, qiymət artımı geyim mallarında da hiss ediləcək.  Geyim mallarının 3% bahalaşacağı proqnozlaşdırılır. 

Xidmətlər 5-8 % bahalaşacaq

Birlik sədrinin sözlərinə görə, mal və məhsullarla yanaşı, xidmət sahələrində də qiymət artımı olacaq. Bərbərxanalardan çay evlərinə, şadlıq sayarlarına kimi bütün xidmət sahələri qiymətləri qaldıracaq. Ümumilikdə bu sahədə bahalaşma 5-8 % arasında gözlənilir. 

Tikinti materilları 20 %-dək bahalaşacaq

Kommunal xidmətlərin bahalaşması tikinti materiallarını da bahalaşdıracaq. Ekspert Ramil Osmanlı fins.az-a bildirib ki, qiymət artımı daha çox xərclərində elektrik və qazın yüksək paya malik olduğu materiallarda baş verəcək. 

Bahalaşma daha çox dəmir materillarında olacaq

Söhbət yerli dəmir məhsullarından gedir. Almatur, dam örtükləri, dəmir profillər, mismarlar və digər materiallar 20%-ə kimi bahalaşacaq.  R.Osmanlı bildirib ki, sement və bu kimi materialların istehsalında qaz xərcləri xeyli paya malikdir. Nəticədə yerli sement məhsullarında da 10-15% qiymət artımı olacaq.

 Qiyməti artmayan sadəcə mişar daşları olacaq

Ekspert bildirir ki, mişar daşlarının  istehsalında elektrik sərfiyyatı azdır, burada daha çox yanacaqdan istifadə edilir. Ona görə də, bu materillarda qiymət artımı gözlənilmir. Bununla belə üzlük material istehsalında (üzlük daşlar, mərmər və s.)  10 %-ə qədər bahalaşma qaçılmazdır.  

Ekspertin sözlərinə görə, taxta məhsulları xaricdən gətirilsə də, təkrar emal prosesi burada həyata keçirilir. Ona görə də bu materiallarında qiyməti 10 %-ə qədər qalxacaq.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272