BÜDCƏ

Azərbaycanın xaricə verdiyi kreditlərdən gəlirləri gələn il 40% artacaq
25 NOYABR
352

Azərbaycanın xaricə verdiyi kreditlərdən gəlirləri gələn il 40% artacaq

2016-11-25 17:27:00

Xarici dövlətlərə verilmiş kreditlərdən Azərbaycanın dövlət büdcəsinə 2017-ci il 50,8 mln. manat həcmində vəsait daxil olacaq. Bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Xarici dövlətlərə verilmiş kreditlər üzrə büdcəyə daxilolmaların 2016-ci ilin analoji proqnozu ilə müqayisədə 39% artacağı nəzərdə tututub. Xarici dövlətlərə verilmiş kreditlərdən daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi 0,3% təşkil edəcək.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılır. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272