BÜDCƏ

Məhkəmələr Ədliyyə Nazirliyinin tabeliyindən çıxmalıdır – HÖKUMƏTƏ TƏKLİFLƏR
15 NOYABR
390

Məhkəmələr Ədliyyə Nazirliyinin tabeliyindən çıxmalıdır – HÖKUMƏTƏ TƏKLİFLƏR

2016-11-15 17:02:00

Azərbaycanda məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi və şəffaflığının artırılması üçün məhkəmələr Ədliyə Nazirliyinin tadeliyindən çıxarılmalıdır. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Azərbaycan hökumətinə ünvanladığı təkliflərdə bildirilir. Qeyd edək ki, bu təkliflər «Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr» adlı sənəddə («Ağ sənəd») cəmləşib.  

Sənədin mühüm bəndlərindən biri ölkədə məhkəmələrin şəffaflığı və müstəqilliyinə həsr edilib. Burada deyilir ki, son bir neçə il ərzində Hökumət tərəfindən aparılan islahatlar milli məhkəmə sistemini möhkəmləndirmiş və şəffaflığı artırıb. Məhkəmə islahatları Dünya Bankı tərəfindən həyata keçirilən “Məhkəmə Xidmətləri və Ağıllı İnfrastruktur Layihəsi” kimi layihələrin həyata keçirilməsi beynəlxalq institutlar tərəfindən də dəstəklənib. Bu tədbirlər nəticəsində məhkəmələrin şəffaflığı nisbətən artsa da, hələ də islahat prosesi uzun yol keçməlidir. 

Hakimlər dövlətin tərəfini saxlayırlar

Təkliflərdə deyilir ki, məhkəmə hakimlərinin müstəqilliyinin möhkəmləndirilməsi xüsusilə vacibdir. Çünki dövlətlə bağlı məhkəmə işlərində müstəqillik pozulur: «Sahibkarlıq subyektlərinin dövlət orqanlarına qarşı məhkəmə işlərində biz bu müstəqillik prinsipinin pozulmasının şahidi oluruq. Bu hallarda hakimlər hökumətin bir qolu olaraq deyil, daha neytral şəkildə çıxış etməlidir»-deyə bildirilir. 

Təkliflərdə deyilir ki, məhkəmələrin inzibati məsələlərdə Ədliyyə Nazirliyinə tabe olmasına son qoyulmalıdır. 

Hakimlərin maaşları artmalıdır

Təşkilatın təkliflərinə görə, hakimlərin və məhkəmə əməkdaşlarının müstəqilliyini təmin etmək və korrupsiya hallarının qarşısını almağa yardım etmək üçün onların məvacibləri mütəmadi olaraq dəyişdirilməlidir.  

Hakimlərin pozuntuları 

Təklif edilir ki, hakimlərin konkret hallarda fəaliyyətsizliyi  və/və ya qeyri-qanuni hərəkətləri ilə bağlı bağlı məlumatlar dərc edilməlidir. 

Bundan başqa, AMCHAM təklif edir ki, Məhkəmə Hüquq Şurasının ictimaiyyətə daha açıq olsun. O cümlədən Şuranın hakimlərdən edilən bütün şikayətləri və tətbiq olunan cəza tədbirlərini ehtiva edən ictimaiyyət üçün açıq reyestr yaradılmalıdır.  

Məhkəmə işləri hakimlərə püşklə verilsin

Təkliflərə görə, hüquqi ədalət və ardıcıllığı təmin etmək məqsədilə Azərbaycanda ixtisaslaşdırılmış məhkəmələr (əqli mülkiyyət məsələləri, vergi mübahisələri, konkret xarici investisiya və s.) yaradılmalıdır.

Bu məhkəmələrdə baxılacaq işlər isə hakimlər arasında öncədən planlaşdırılmamış formada (təsadüfi seçim əsasında) bölüşdürülməlidir. 

Hər gecikdirilən günə görə faiz ödənilsin

Ən mühüm təkliflərdən biri Azərbaycanın hüquq sistemində «Astreinte»konsepsiyasının tətbiqi barədədir. «Astreinte» («əməl etmədiyinə görə cərimə») Fransız konsepsiyasıdır və məhkəmə qətnaməsinin icrasında gecikdirilmiş hər gün (və ya digər dövr) üçün müəyyən miqdarda pul ödəməyi şəxsdən tələb edən hökm kimi nəzərdə tutulur. Bu məbləğ dövlətdən çox, kreditorun xeyri üçün tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272