BÜDCƏ

Bu şirkət Azərbaycanda ən böyük sığorta ödəyicisidir
20 SENTYABR
327

Bu şirkət Azərbaycanda ən böyük sığorta ödəyicisidir

2016-09-20 11:24:00
Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Şirkəti (SOCAR) neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqı ödəyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən fins.az-a verilən xəbərə görə, indi SOCAR ölkədə sığorta-pensiya sistemində ən fəal iştirak edən bir qurumdur.
 
Belə ki, şirkət fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına və məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malik olması ilə seçilir.
 
ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda pensiya ilə təmin olunanların 28,1 min nəfəri neft sənayesində çalışanlardır. Onlara ödənilən pensiyaların məbləği ildən-ilə yüksəlir. İndi Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manata çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275