BÜDCƏ

Maliyyə nazirninin yeni müavini kimdir?
28 İYUN
795

Maliyyə nazirninin yeni müavini kimdir?

2016-06-28 16:30:00

Azərbaycan prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan Maliyyə nazirinin müavini təyin olunub.

Fins.az xəbər verir ki, Emin Hüseynov indiyə qədər “ADA” Universitetinin təhsil və strateji məsələlər üzrə prorektoru işləyib . O, ABŞ-ın Florida universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb. 2009-cu ildə isə Harvard Universitetinin idarəçilik ixtisasını bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə Dünya Bankının Azərbaycan bölməsində iqtisadçı kimi başlayıb. 2001-2003-də İMF-in Bakı bürosunda çalışıb. 2003-2005-də yenidən Dünya Bankına qayıdıb. 2005-dən Mərkəzi Bankda Departament rəhbəri olub. E.Hüseynov Azərbaycanda makroiqtisadiyyat üzrə azsaylı mütəxəssislərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272