BÜDCƏ

Xaricdən mal gətirənlər üçün - GÖMRÜKDƏ YENİLİK
20 MAY
2988

Xaricdən mal gətirənlər üçün - GÖMRÜKDƏ YENİLİK

2016-05-20 11:23:00

Dövlət Gömrük Komitəsinin daha bir xidməti elektronlaşdırılaraq "Elektron hökumət" portalına inteqrasiya edilib. 

Portaldan Fins.az-a verilən məlumata görə, istifadəçilərin ixtiyarına verilən bu xidmət “Sərhəd gömrük məntəqələrində qeydə alınan mallarım” adlanır. Bu xidmət vasitəsilə fiziki və ya hüquqi şəxslər onların adına sərhəd gömrük məntəqələrindən daxil olan mallar haqqında məlumat ala bilərlər. Xidmətdən yararlanmaq üçün “Elektron hökumət” portalına daxil olaraq Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlər içərisindən adı çəkilən xidməti seçib “Möhür Vurma Səlahiyyəti olan E-imza” sertifikatı və ya “Asan imza” ilə qeydiyyatdan keçmək mütləqdir.

Açılan pəncərəyə VÖEN-i daxil edən sahibkarlar sərhəd gömrük məntəqələrində qeydə alınan malların siyahısını ekranda görməklə yanaşı, mallar haqqında aşağıdakı vacib məlumatları əldə edə bilərlər:

- E-Gömrük bəyannaməsinin doldurulması zamanı tələb olunan malın barkodunu (Sərhəd gömrük məntəqələrində malın qeydiyyatı zamanı verilən kod)

- Malın hansı gömrük orqanına təyinat aldığını

- Təyinatın gömrük orqanına çatmasının təsdiq olunması haqqında məlumatı

- Malın adı, ixracatçı, qaimə-faktura (invoys) dəyəri və çəkisi haqqında məlumatı. 

Mallar rəsmiləşdirildikdən sonra isə  siyahı silinir, ekranda “İdxalçının sərhəddən keçən və rəsmiləşdirilən malları yoxdur” (Səbəb: Sərhəddən daxil olan bütün mallar rəsmiləşdirilib və ya ümumiyyətlə mal daxil olmayıb) kimi bildiriş görünür.

Qeyd edək ki, sorğu yalnız istifadəçi tərəfindən müvafiq məlumatlar düzgün daxil edildikdə qəbul olunur, məlumatlar daxil edilmədikdə və ya səhv daxil edildikdə isə sorğu icra olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270