BÜDCƏ

Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın geriləyib
17 MAY
351

Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın geriləyib

2016-05-17 17:59:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 16 milyard 868 milyon manatlıq ümumi daxili məhsul (QDM) istehsal olunub. Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır. Əhalinin hər nəfərinə düşən ÜDM isə 5,6% azalaraq 1757 manat təşkil edib. Azalmaya səbəb tikinti və nəqliyyat sektorlarındalı zəifləmədir.

İqtisadiyyatın geriləməsi özünü sənayedə göstərib. Belə ki, 4 ay ərzində ölkədə 9,4 milyard manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 1,1% azdır. Azalmaya səbəb xam neft hasilatının 1,8%, təbii qaz hasilatının 9,8%, elektrik enerjisi istehsalının 7,6% azalmasıdır.

Əvəzində kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Belə ki, aqrar sektorda 938,8 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən illə müqayisədə 3,5% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275