BÜDCƏ

Bəzi məhsulların idxal və satışı ƏDV-dən azad edilib
07 MAY
708

Bəzi məhsulların idxal və satışı ƏDV-dən azad edilib

2016-05-07 10:54:00

Azərbaycanda bəzi məhsulların idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında qəbul edilən "Vergi Məcəlləsinə" dəyişikliklər nəzərdə tutur.

Dəyişikliklərə əsasən, damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqları, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanları və quşlarının profilkatikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışı ƏDV-dən azad olunur.

Eləcə də bax: "Novosroyka"lardan ev alanlar ƏDV-ni banka ödəyəcəklər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271