BİZNES

“Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar -iştirak ödənişsizdir.
19 AVQUST
76

“Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar -iştirak ödənişsizdir.

2019-08-19 14:09:00

Mikro və kiçik sahibkarlar üçün avqustun 22-də “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək.Bu barədə maliyyə Bazarlarına Nəzaraət Palatasından məlumat verilib. Məlumatda bildirlir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək seminarda 

Tədbirin təşkilində məqsəd KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri, onların üstünlükləri, müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı" yazmaqla Agentliyin [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Seminarda iştirak ödənişsizdir.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır