BİZNES

3 şirkətdən 2,3 milyon manatlıq satınalma
02 AVQUST
141

3 şirkətdən 2,3 milyon manatlıq satınalma

2019-08-02 09:39:00

Fins.az xəbər verir ki, Publik Hüquqi Şəxsin Bildirişində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsi 3 şirkətdən 2 milyon 256 min 209 manatlıq laboratoriyalar üçün reagent, reaktiv və diaqnostik dəstlər satın aldığı bildirilir. 

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin tender komissiyası bildirir ki, laboratoriyalar üçün reagent, reaktiv və diaqnostik dəstlərin satın alınması məqsədilə 2019-cu il aprelin 26-da keçirilmiş açıq tenderin predmeti iştirakçılar arasında bölüşdürülmüş və “Labservis LTD” MMC ilə 635 min 212 manat məbləğdə, “Medeks” MMC ilə 1 milyon 75 min 980 manat məbləğdə, “Sem-Az” MMC ilə 545 min 17  manat məbləğdə müvafiq satınalma müqaviləsi bağlanmışdır”.

 Bunlardan başqa, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin tender komissiyası bildirir ki, 2-ci Beynəlxalq qida təhlükəsizliyi konfransının təşkili məqsədilə 2019-cu il mayın 3-də keçirilmiş kotirovka sorğusunda “Caspian Event Organisers” MMC qalib elan edilmiş və həmin təşkilatla 44 min 421 manat manat məbləğdə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

 Həmçinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tender komissiyası bildirir ki, “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi - AQTİS” üçün əlavə modullarının hazırlanması, quraşdırılması və istismara verilməsi işlərinin satın alınması məqsədilə 2019-cu il aprelin 24-də keçirilmiş açıq tenderin yekun protokoluna uyğun olaraq “Caspel” MMC qalib elan edilmiş və həmin təşkilatla 131 min 466 manat məbləğdə müvafiq satınalma müqaviləsi bağlanmışdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır