BİZNES

Bakının ictimai iaşə dövriyyəsi 478,1 mln. manat olub
01 AVQUST
138

Bakının ictimai iaşə dövriyyəsi 478,1 mln. manat olub

2019-08-01 16:27:00

Bakı Şəhər Statistika İdarəsi Bakının ictimai iaşə dövriyyəsi ilə bağlı məlumat yayıb. Fins.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında Bakının ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4 faiz artaraq 478,1 mln. manat olub. Qeyd olunur ki, hesabat dövründə dövriyyənin 44,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyun aylarına nisbətən 2,9 faiz azalaraq 211,6 mln. manat təşkil edib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır