BİZNES

Sahibkarlara Dövlət Satınalmalarında iştirakın qaydaları öyrədiləcək -İŞTİRAK SƏRBƏSTDİR
31 İYUL
142

Sahibkarlara Dövlət Satınalmalarında iştirakın qaydaları öyrədiləcək -İŞTİRAK SƏRBƏSTDİR

2019-07-31 16:37:00

Avqustun 6-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi -KOBİA-nın  təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin  dəstəyi ilə sahibkarlar üçün dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək.

Fins.az-ın məlumatına görə, Dövlət satınalmalarını təşkil edən və həyata keçirən aidiyyəti qurumların mütəxəssislərinin iştirakıilə keçiriləcək tədbirdə sahibkarlar satınalma prosedurlarına qoşulma, bu istiqamətdə həyata keçirilən islahatlar, tender müsabiqələri ilə bağlı tətbiq edilən yeniliklər, qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalar barəsində məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür.

KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarların tədbirə qoşulması üçün dəstək göstəriləcəkdir.

Onlayn maarifləndirmə tədbiri barədə ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/dovlt-satinalmalarinda-istirakla-bagli-onlayn-maariflndirm-tdbiri-kecirilck

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır