BİZNES

Nazirlik rəsmisindən "Binə" və "Sədərək"-də fəaliyyət göstərən sahibkarların vergiyə cəlb olunmasıyla bağlı AÇIQLAMA
12 İYUN
1343

Nazirlik rəsmisindən "Binə" və "Sədərək"-də fəaliyyət göstərən sahibkarların vergiyə cəlb olunmasıyla bağlı AÇIQLAMA

2019-06-12 11:22:00

Fins.az xəbər verir ki, Vergilər Naziriyinin İqtisadi təhlil və ekspertiza Deprtamentinin baş direktoru Natiq Şirinov Binə və Sədərək kimi ticarət mərkəzlərində faktiki sahibkarların vergidən yayınma hallarının aradan qaldırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Bu tip sahibkarların vergiyə cəlb olunması ilə bağlı tətbiq olunan mexanizmə aydınlıq gətirərək bildirib ki, "Malların bazarlarda faktiki sahibkarlar tərəfindən sənədsiz satılması həyata keçirilirdi bu da dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradırdı. Prezident bununla bağlı müvafiq sərəncam vermişdir. İdxal ixrac sahəsində şəffaflaşmasının təmini ilə bağlı Vergilər nazirliyi Dövlət gömrük komitəsi, Maliyyə və İqtisadiyyat Naziryi tərəfindən müvafiq addımlar atıldı. Eyni zamanda həmin bazarlarda fəaliyyət göstərən sahibkarlar özləri Vergilər Nazirliyi, Gömrük komitəsində müxtəlif görüşlər keçirilərək qanunvericiliyin tələbini onların diqqətinə çatdırılıb. Karqo şirkətləri sırf daşımaçılıqla məşğuldur. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da imkan verir ki, ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllər aradan qaldırılsın. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyi üçün təbii ki,növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması aparılır. Ötən ilin 5 ayı ərzində həm dövriyyələrin şəffaflaşmasında həm elektron qaimələrlə rəsmiləşməsinin artırılmasında müvafiq olaraq daxilolmalarda ciddi artımlarla nəticələnib"

 Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır