BİZNES

Bu ölkədən ən çox gül idxal edənlər içində Azərbaycan da var
12 FEVRAL
487

Bu ölkədən ən çox gül idxal edənlər içində Azərbaycan da var

2019-02-12 09:47:00

Azərbaycan Türkiyədən ən iri gül idxalatçıları sırasındadır. Fins.az-ın məlumatına görə, AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Mərkəzi Anadolu Dekorativ Gül və Məhsul İxracatçıları Assosiasiyasının başçısı İsmayıl Yılmaz bildirib. Onun sözlərinə görə, Türkiyənin gül istehsalçıları 2019-cu ildə ixracın həcmini genişləndirərək 125 milyon dollar həddinə çatdırmağı planlaşdırırlar. 2018-ci ildə Türkiyədən 100 milyon dollarlıq 450 milyon gül ixrac olunub. İ.Yılmaz deyib: “Türkiyə güllərinin əsas satış bazarları Niderland və Böyük Britaniyadır. Son illər Özbəkistana ixrac artır. Almaniya, Azərbaycan və İraq da Türkiyə güllərinin iri idxalatçılarıdır. Hazırda Türkiyə gülləri 77 ölkəyə göndərilir. Lakin biz onların sayını 85-ə çatdırmağı planlaşdırırıq”.

Assosiasiya başçısının sözlərinə görə, Türkiyədə 100 növdən çox gül istehsal edilir. Lakin ixracın əsas hissəsi qərənfilin payına düşür. Türkiyə qərənfilləri beynəlxalq bazardakı məhsulla rahat rəqabət aparır.

İ.Yılmaz deyib ki, gül sektoru məşğulluğun təmin olunmasına böyük töhfə verir. Bu sektorda 30 min insan işləyir. Onların ailəsi nəzərə alınsa, gül sektoru 300 min insan üçün gəlir mənbəyidir. O, sonda deyib: “Bütövlükdə yaxın illərdə ixracı ildə 500 milyon dollara çatdırmağı planlaşdırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262