BİZNES

Networking.az-da şirkət rəhbərləri, sahibkarlar, iri və orta biznes sahiblərinin görüşü
03 YANVAR
1372

Networking.az-da şirkət rəhbərləri, sahibkarlar, iri və orta biznes sahiblərinin görüşü

2019-01-03 15:46:00

Fins.az xəbər verir ki,Networking.az –şirkətlərin aparıcı nümayəndələri və sahibləri arasında işgüzar münasibətlərin yaradılması və inkişafı üçün tədbirlər keçirən təşkilatdır. Məlumata görə,Networking — çoxlu sayda iştirakçını əhatə edən uzunmüddətli münasibətlərdir, çünki tanışlıq və ünsiyyət zamanla möhkəm partnyorluq münasibətlərinə çevrilən yeni tanışlıqların qurulmasına gətirir. Networking.az klubu tərəfindən keçirilən tədbirlərinin məqsədi biznes əlaqələrinin genişləndirilməsidir. Bu növ tədbirlər işgüzar görüşlərin yeni formatıdır və Bakıda geniş populyarlıq əldə edib. Networking.az-dan verilən məlumatda bildirilir ki, dekabrın 20-si şirkət rəhbərləri, sahibkarlar, iri və orta  biznes sahiblərinin növbəti görüşü keçirilib. Tədbir,Pullman otelində baş tutub və biznesdə yaradıcı yanaşmanın önəminə həsr olunub. Bu dəfəki görüşdə hər zaman olduğu kimi şəhərimizin çoxsaylı biznes nümayəndələri iştirak edib. Spikerlər CHELEBİ şirkətinin icraçı direktoru Saimon Ahmed və “MenzerHajiyeva”brendinin PR direktoru Solmaz Paşayeva olub. Spikerlərin çıxışları gecəyə xüsusi maraq qatıb. Gecə, Networking.az klubunun təsisçisi Orxan Hacıyevin çıxışı ilə sonlanıb. O, insan faktorunun və kommunikasiyanın istənilən layihənin inkişaf və uğuruna təsiri haqqında danışıq. Tədbir zamanı müxtəlif müsabiqələr keçirilib və qaliblərə sponsorlar tərəfindən prizlər verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264