BİZNES

Əhaliyə nə qədər ödənişli xidmət göstərilib
24 DEKABR 2018
179

Əhaliyə nə qədər ödənişli xidmət göstərilib

2018-12-24 10:09:00

Fins.az-ın Dövlərt Statistika komitəsinə istinadən verdiyi məlumata görə.Yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq 7944,9 milyon manat olub. Məlumatda həmçinin qeyd olunur ki, üquqi şəxslər tərəfindən əhaliyə 5793,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,9 faizini təşkil edib. On bir ayda xidmət subyektlərində hər bir ölkə sakini orta hesabla 809,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 35,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263