BİZNES

Vergi Məcəlləsində dəyişikliklər - ƏDV ilə bağlı bu azadolmaların müddəti uzadılıb
18 DEKABR 2018
510

Vergi Məcəlləsində dəyişikliklər - ƏDV ilə bağlı bu azadolmaların müddəti uzadılıb

2018-12-18 16:36:00

Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsində dəyişikliklərdən biri də ƏDV ilə bağlı qanunvericilikdə yeni azadolmalar tətbiq edilmiş və bir sıra mövcud azadolmaların müddəti uzadılmışdır.

Vergi azadolmaları

        Bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi–2020-ci il yanvarın 1-nə kimi.

        Sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobuslarıni dxalı–2020-ci ilyanvarın1-dən 5il müddətinə.

        2014-cüilyanvarın1-dən tətbiq edilən kənd təsərrüfatı məhsullarının istehsalçıları(ocümlədən,sənayeüsuluilə)tərəfindənözlərininistehsaletdikləri kənd təsərrüfatı                      məhsullarının satışı üzrə dövriyyələrin ƏDV-dən azadolma müddəti 10 ilə kimi uzadıldı.

 

     KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) təsdiqedici           sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə       daxil edildiyi tarixdən 7 ilmüddətinə.

     Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə             ödənilmiş ƏDV- nin  qaytarılması nağdsız ödəmələr üzrə 15%,nağd ödənişlər  üzrə  isə 10% təşkil edəcək.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266