BİZNES

Sahibkardan yeni Vergi Məcəlləsi ilə bağlı - rəy
14 DEKABR 2018
202

Sahibkardan yeni Vergi Məcəlləsi ilə bağlı - rəy

2018-12-14 13:28:00

Fins.az-ın məlumatına gör, Vergi Məcəlləsinə edilən dəyişikliklərin sahibkarlıq subyektlərinin fəaliyyəti ilə bağlı "Tuna" şirkətinin rəhbəri Rəşid Çulaqov bildirib ki, “Vergilər Məcəlləsinə edilən dəyişikliklərin müsbət nəticələrinin olacağına inanıram.Bu dəyişikliklərin pərakəndə və topdansatış həyata keçirən biznes strukturları üçün çox faydalı olacağına ümid edirəm.Vergi ilə bağlı dəyişiklikləri tam araşdırmaq imkanım olmasa da ümumi məlumatım var.Vergi Məcəlləsində elə nüanslar var ki, o nüansları gərək audit şirkətləri ilə məsləhətləşək.Mən belə fikirləşirəm ki,Vergi Məcəlləsinə edilən dəyişikliklər sahibkarların fəaliyyətinə çox müsbət təsir göstərəcək.Təbii ki, yeni dəyişikliklərin real icrası zamanı bu barədə daha dəqiq danışa biləcəyik.Çox təəsüff ki,bəzən qanunverciliklə vergi orqanlarının tələbləri bəzən başqa olur.Hər bir sahibkar istəyər ki, qazandığının vergisini versin,ona deyilən və tələb olunan vergini yox.Sahibkarların çox faizi qanunvercilikdə nəzərdə tutulan qaydada vergiləri ödənməsinin tərəfdarıdır.Yeni məcəllədə sahibkar nə qazanıbsa onun vergisini verməlidir prinsipi əsas götürülüb.Ona görə də müsbət irəliləyişin olacağına ümid edirəm”

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256