BİZNES

Vergi Məcəlləsində dəyişikliklər- pul vəsaitinin uçotdan gizlədilməsinə görə cərimə
04 DEKABR
116

Vergi Məcəlləsində dəyişikliklər- pul vəsaitinin uçotdan gizlədilməsinə görə cərimə

2018-12-04 12:11:00

Fins.az-ın məlumatı verir ki, pul vəsaitinin uçotdan gizlədilməsinə görə  tətbiq edilən maliyyə sanksiyalarıının miqdarında dəyişiklik edilmişdir.

Əvvəl:

Pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

Dəyişiklikdən sonra:

Pul vəsaitinin uçotdan gizlədilməsinə görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255