BİZNES

Mikro-sahibkarlıq subyektləri üçün əldə olunan gəlir və mənfəətin 75%-i vergidən azad ediləcək
03 DEKABR
268

Mikro-sahibkarlıq subyektləri üçün əldə olunan gəlir və mənfəətin 75%-i vergidən azad ediləcək

2018-12-03 17:45:00

Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Brifinqdə Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitlərinin nümayəndələrinə ətraflı məlumat verib. Fins.az xəbər verir ki, Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər.Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplarınstartap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256