BİZNES

Qanunsuz yolla ölkəyə protexniki vasitələr gətirilməsinin qaşısı alınıb
29 OKTYABR
92

Qanunsuz yolla ölkəyə protexniki vasitələr gətirilməsinin qaşısı alınıb

2018-10-29 15:55:00

Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsi və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan birgə məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana keçən "BMW 528" markalı avtomobil saxlanılıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib.

Vətəndaş idarə etdiyi avtomobilində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin salonunda oturacağın söykənəcəyinin arxasında və dörd qapısının aşağı hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerlərindən 66 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.

 Eləcə də bax:Həm kassa, həm POS, həm də ödəniş terminalıdır - AZƏRBAYCANA GƏTİRİLDİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251