BİZNES

Azərbaycanda 113 Çin şirkəti fəaliyyət göstərir
01 İYUN
225

Azərbaycanda 113 Çin şirkəti fəaliyyət göstərir

2018-06-01 11:07:00

"Azərbaycan Çin şirkətləri üçün təkcə tranzit ölkə deyil, həmçinin logistika, istehsalat və ticarət mərkəzi olmaq istəyir". Bunu "Global Times" qəzetinə verdiyi müsahibədə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Onun sözlərinə görə, hazırda Azərbaycanda 113 Çin şirkəti fəaliyyət göstərir və onların arasında "Huawei", ZTE və "China Southern Airlines" kimi iri şirkətlər mövcuddur. 

Ticarət nümayəndəsi onu da əlavə edib ki, 2017-ci ildə Çinlə Azərbaycan arasına ticarət dövriyyəsi 1,29 mlrd. ABŞ dolları təşkil edib, bu da iki ölkə arasındakı ticarət əlaqələrinin ən böyük tarixi göstəricidir: "Hazırda Azərbaycan Çindən daha çox idxal edir, amma  görürük ki, artım üçün imkanlar var və Çinə ixracımızı artırmaq niyyətindəyik".

Çinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol" təşəbbüsü barədə danışan T.Nadiroğlu bildirib ki, müasir İpək Yolunu canlandıran bu layihəyə dəstək verən ölkələrdən biri elə Azərbaycan olub: "Düşünürük ki, bu layihə bir çox ölkələrə nəbzini Qərbdən Şərqə yönəltməyə imkan yaradacaq".

T.Nadiroğlu həmçinin investorların Azərbaycana cəlb edirlməsi istiqamətində ölkə rəhbərliyinin atdığı addımlardan danışıb. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267