BİZNES

Çin ABŞ-la ticarətinin müsbət saldosunu 200 mlrd. dollar azaltmaq istəyir
18 MAY
157

Çin ABŞ-la ticarətinin müsbət saldosunu 200 mlrd. dollar azaltmaq istəyir

2018-05-18 10:22:00

Çin ABŞ-a, bu ölkə ilə olan ticarətinin müsbət saldosunu 200 mlrd. dollar azaltmağa təklif edib. Bu məsələ Çinin baş naziri müavini Liu Henin rəhbərlik etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşündə müzakirə olunub.

Məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələri yaxşılaşdırmaq üçün rəsmi Pekinin tədbirlər planı nəzərdən keçirilir. Həmin plandan daha çox ABŞ-ın təyyarə istehsalçısı "Boeing" şirkətinin qazanacağı deyilir. Hazırda korporasiyanın istehsal etdiyi hər 4 təyyarədən 1-ni Çin aviaşirkətləri alır. 

Xatırladaq ki, ABŞ polad və alüminium idxalına gömrük rüsumları tətbiq etdikdən sonra iki ölkə arasında ticarət münasibətlərində anlaşmazlıq yaranıb. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257