BİZNES

2015-ci ildə dünyada 1000 “Start-up” layihəsi 8,4 mlrd. dollar vəsait cəlb edib
05 MAY
917

2015-ci ildə dünyada 1000 “Start-up” layihəsi 8,4 mlrd. dollar vəsait cəlb edib

2018-05-05 17:42:00

2015-ci ildə dünyada 1000 “Start-up” layihəsi 8,4 mlrd. dollar vəsait cəlb edib. Fins.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) “AFB Bank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Aydın Hüseynov alternativ və rəqəmsal maliyyələşdirmə alətlərinin əhəmiyyətindən danışarkən belə deyib.

Əslində bu zalda oturanlar özləri “mələk yatırımçısı” deməkdir. Bu insanlar gələcəkdə müxtəlif saytlara girərək orda istənilən bir “start-up”lar yarada bilərlər. Məsələn, sizin 100 dollarınız var. Bu vəsaiti  100 yerə bölərək 100 müxtəlif yerə investisiya qoyaraq, 100 yerdən gəlir əldə etmək olar. Lakin bu “Angel İnvestition” çox riskli yatırım növüdür. Ən çox “Mələk yatırım”dan istifadə edən Hindistandır”,- deyə A.Hüseynov vurğulayıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254