BİZNES

"Saudi Aramco" şirkətinin direktorlar şurasına ilk dəfə qadın seçilib
29 APREL
390

"Saudi Aramco" şirkətinin direktorlar şurasına ilk dəfə qadın seçilib

2018-04-29 22:17:00

Ameikalı Linn Elzenxans Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin direktorlar şurasına seçilən ilk qadın olub.

Fins.az xəbər verir ki, əvvəllər Amerikanın "Sunoco" neft şirkətinin baş direktoru vəzifəsində çalışan Linn Elzenxans "Saudi Aramco" şirkətinin direktorlar şurasının tərkibinə daxil olmuş yeni 5 üzvün arasındadır.

L. Elzenxansdan əlavə direktorlar şurasına krallığın maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cadaan, iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd əl-Tuvaycri, "Chevron Phillips Chemical"ın sabiq top-meneceri Piter Sella və "Dow Chemical"sın direktoru Endryu Liveris daxil olublar.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255