BİZNES

"Lisenziyalar və icazələr” portalı istifadəyə verilib
14 MART
261

"Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

2018-03-14 13:31:00

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalının istifadəyə verilməsi ilə bağlı təbdir keçirilib. Fins.az xəbər verir ki, tədbirdə lisenziya və icazə verən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, informasiya sistemlərini vasitəsilə portala inteqrasiya olunan təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Nazirinin müavini Sahib Məmmədov bildirib ki, “Lisenziyalar və icazələr” haqqında əsasnamənin təsdiq edilməsi prezidentin fərmanının icrası məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikası yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hazırlanıb. Ötən ilin dekabrında ilkin təqdimatı keçirilən portal sahibkarların rəy və təkliflərini nəzərə almaqla təkmilləşib və artıq sahibkarların istifadəsinə verilib.

Artıq www.lisenziya.gov.az ünvanına müraciət etməklə nazirlik tərəfindən lisenziyaların elektron qaydada verilməsi üçün portal vasitəsilə müraciətlərin qəbulu, müvafiq qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272