BİZNES

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti: Şirkətlər üzvlük haqqı ödəməkdən yayınır
10 MART
1115

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti: Şirkətlər üzvlük haqqı ödəməkdən yayınır

2018-03-10 16:48:00

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan qiymətləndirici şirkətlərin yarıdan çoxu cəmiyyətə üzvlük haqqı ödəməkdən yayınır. Fins.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nüsrət İbrahimov məlumat verib:

“Hazırda 32 şirkətlə işləyirik. 2017-ci ildə bu şirkətlərdən cəmi 14-ü üzvlük haqqı ödəyib. Digərləri müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınıblar. Qiymətləndirmə şirkətlərinin reyestri yaradıldıqdan sonra şirkətlər məsuliyyətlərini hiss edəcəklər. Hazırda reyestr üçün sənədlər toplanır. Düşünürəm ki, reyestrin yaradılması ilə bağlı proses gələn aya yekunlaşacaq".

Sədr üzvlük haqlarında artım olma ehtimalını da istisna etməyib.

“Hazırda bizim əsas işimiz qiymətləndirmə sahəsində fəaliyyət göstərən şirkətlərin sayını və xərc büdcəmizi müəyyən etməkdir. Bundan sonra hər şirkətə nə qədər öhdəlik düşdüyü məlum olacaq. Buna əsasən üzvlük haqqını müəyyən edəcəyik. Yəqin ki, üzvlük haqlarında artım olacaq”,-N.İbrahimov qeyd edib.

Sədr hazırda qiymətləndirmə sahəsində kadr çatışmazlığı olduğunu bildirib.

“Bu gün bizdə Ermənistanın Azərbaycana vurduğu zərərin qiymətləndirilməsi ilə bağlı dövlət sifarişi var. Orda 80-dən artıq qiymətləndirmə sahəsi mövcuddur. Bu sahələrin hər biri üzərində işləmək lazımdır. Biz o sahədə kadr yetişdirməliyik. Azərbaycanda qiymətləndirmə sahəsində kadr problemi həddindən artıq böyükdür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256