BİZNES

Azərbaycan içki ixracını azaldıb
09 MART
239

Azərbaycan içki ixracını azaldıb

2018-03-09 15:31:00

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1612,81 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib. Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 285,26 min dollar və yaxud 44,34% azdır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,07%-ni təşkil edib.

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 7 757,07 min dollar olub. Bu isə 1 il əvvələ nisbətən 1 083,28 min dollar və yaxud 16,23% çoxdur.

Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,53%-lik paya malik olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272